Bakıda qadın əri tərəfindən bıçaqlanıb


Kriminal 07 İyn 2021 07:55:00 222 0

Bakıda qadın əri tərəfindən bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

42 yaşlı Məmmədova Svetlana Nadir qızı həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı qadın boğazından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsində araşdırma aparılır.