Siracla Məhərrəmin son şəklini çəkən fotoqraf danışdı


Digərləri 07 İyn 2021 07:11:00 179 0

Siracla Məhərrəmin son şəklini çəkən fotoqraf danışdı

"Azərtac" Xəbər Agentliyinin fotoqrafı Rəşad Mehdiyev Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin özünün çəkdiyi son fotolarını paylaşıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, fotoqraf şəklə "Hadisədən bir gün öncə təsadüfən çəkdiyim şəkil. Həmin Sirac, həmin Məhərrəm, həmin "KamAz"..." şərhini yazıb.

Şəklin tarixçəsi ilə maraqlanmaq üçün fotoqrafla əlaqə saxlandı.

R.Mehdiyev açıqlamasında bildirib ki, həmin şəkli Qubadlının kəndlərindən birində çəkib:

"Təsadüfən çəkilən şəkildir. Maşından təzə düşmüşdük. Fotodan da göründüyü kimi, maşının qapısı açıqdır. Onlar bir-biri ilə nəsə danışırdılar. Aralıda dayanmışdım, uzaqdan onların şəklini çəkdim.

Hər dəfə şəkillərini çəkəndə deyirdim, bizə qalan fotolar, videolar olacaq.