PKK terrorçularının liderlərindən biri zərərsizləşdirildi Ərdoğan


Dünya 07 İyn 2021 07:22:00 195 0

PKK terrorçularının liderlərindən biri zərərsizləşdirildi  Ərdoğan

PKK liderlərindən biri, Iraqın Mahmur şəhərindəki terror təşkilatının lideri Selman Bozkır zərərsizləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Twitter" səhifəsində yazıb.

Türkiyə prezidenti bildirib: "Türk Milli Kəşfiyyat Təşkilatı [MİT] PKK liderlərindən birini, Mahmurdakı terror təşkilatının lideri "Dr.Hüseyn" kod adlı Selman Bozkırı zərərsizləşdirdi. Bu əməliyyatın müvəffəq olmasında əməyi olan hər kəsə xalq adından təşəkkür edirəm".

Dövlət başçısı qeyd edib ki, Türkiyə Mahmuru terrorçular tərəfindən bir növ "inkubasiya mərkəzinə" çevirilməsinə icazə verməyəcək: "Terrorizmin qarşısını almağa davam edəcəyik".

Əməliyyat zamanı S.Bozkır ilə birlikdə daha iki silahlı zərərsizləşdirilib.