Liviyada terror aktı nəticəsində 3 nəfər ölüb


Dünya 07 İyn 2021 07:00:00 156 0

Liviyada terror aktı nəticəsində 3 nəfər ölüb

Liviyanın cənubunda terror hücumu nəticəsində ən az üç nəfər öldü və beş nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" televiziya kanalı bildirib.

Məlumata əsasən, ölkənin cənubundakı ən böyük şəhər olan Sebhunun girişindəki nəzarət postlarından birində minalanmış avtomobil partlayıb.

Liviyanın Al-Wasat xəbər portalının verdiyi məlumata görə, ölənlər arasında yerli cinayət axtarış idarəsinin iki zabiti də var.

Hadisənin təfərrüatları hələki verilməyib.