Bu qidalar bədəndəki iltihabı artırır, yaşlanmanı sürətləndirir


Digərləri 06 İyn 2021 23:50:00 249 0

Bu qidalar bədəndəki iltihabı artırır, yaşlanmanı sürətləndirir

Gündəlik həyatımızda yediyimiz qidalar sağlamlığımız üçün çox önəmlidir. Hamımız dərimizin canlı və parlaq görünməsini istəyərik, bu durumda tükəttiyimiz qidalar ortaya girər.

Çox duz, şəkər, zərərli yağlar, kafein tərkibli qidalar vücudumuzda olan önəmli proteinləri məhv edir.

Son.az həmin qidaları təqdim edir:

ŞƏKƏR

Artıq bir çoxumuz şəkərin nə qədər ziyanlı olduğunu bilirik. Artıq çəkidən tutmuş, qırışıqlıqlara və dərinin yaşlı görünməsinə yol açar.

TRANS YAĞLAR QAN DOLAŞIMINI ZƏİFLƏDƏR

Fast food, qızarmış yağlar, marqarin, konserva yeməklər və bütün abur cuburlar trans yağ tərkiblidir. Trans yağlar sadəcə ürək xəstəliyi riskini artırmaqla deyil, eyni zamanda damarları da sərtləşdirər. Bu hal dəridəki qan axışını zəiflədər və erkən yaşlanmaya səbəb olar.

ARTIQ DUZ DEHİDRASİYAYA SƏBƏB OLUR

Duz orqanizmdə ödəmə, şişkinliyə yol açar. Eyni zamanda, hüceyrələrin kiçilməsinə səbəb olaraq susuzluğa yol açır. Vücud susuz qaldığı zaman isə dəri qırışır və daha erkən yaşlanır.

İŞLƏNMİŞ ƏTLƏR DƏ DEHİDRASİYAYA SƏBƏB OLUR

Bir çox insan tərəfindən sevilən sosiska, basdırma kimi ətlərdə çox miqdarda duz və qoruyucu maddələr vardır. İşlənmiş ətlərin tükətimi dehidrasiyaya səbəb olur və iltihaba yol açır.

Həmçinin bu məhsullar bədəndəki C vitamini miqdarını aşağı salar, bu da kollagen yaranması baxımından çox önəmlidir. Bunun yerinə ət tükətimini azaldın və tərəvəzli sendviçlər yeyin.

QIZARDILMIŞ KARTOFLAR ORQANİZMDƏKİ ÖNƏMLİ MİNERALLARI AZALDIR