"Mimino" filminin ssenari müəllifi vəfat edib


Dünya 06 İyn 2021 23:45:00 189 0

"Mimino" filminin ssenari müəllifi vəfat edib

Sovet və gürcü rəssamı, teatr və kino rejissoru, ssenarist, yazıçı, Georgi Danelianın "Mimino" filminin ssenari müəlliflərindən biri olan Rezo Qabriadze 84 yaşında Tbilisidə vəfat edib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyindən bildirilib.

"Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Gürcüstanın xalq artisti, Şota Rustaveli adına Dövlət mükafatı laureatı, görkəmli yazıçı, rəssam, teatr və kino rejissoru Rezo Qabriadzenin vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir", - deyə açıqlamada qeyd olunub. Bildirilir ki, Qabriadzenin ölümü Gürcüstan mədəniyyəti üçün ciddi bir itkidir.

R.Qabriadze 1936-cı il iyun ayında Kutaisi şəhərində anadan olub. "Mimino", "Kədərlənmə!", "Kvevri", "Serenada" və s. kimi 35-dən çox Gürcüstan və Sovet filminin ssenari müəllifidir. Qabriadze, həmçinin 50-dən çox kitab üçün illüstrasiyalar yaradıb.