Pakistanda sərnişin mikroavtobusu dərəyə düşdü, ölənlər var


Dünya 06 İyn 2021 23:39:00 185 0

Pakistanda sərnişin mikroavtobusu dərəyə düşdü, ölənlər var

Pakistanın Hayber-Paxtunxva vilayətində sərnişin mikroavtobusu dərəyə düşüb.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən bildirib.

Məlumata əsasən, ölən sərnişinlər arasında iki qadın və üç uşaq var.

Bildirilib ki, ilkin araşdırma ilə qəzanın mikroavtobus sürücüsünün kəskin döngədən həddindən artıq sürətlə keçərkən idarəetməni itirməsi nəticəsində baş verməsi müəyyənləşib.