Bu bel ağrıları daha təhlükəlidir


Digərləri 06 İyn 2021 22:31:00 177 0

Bu bel ağrıları daha təhlükəlidir

İnsanlar ən çox bel, kürək ağrılarına fikir vermir, ciddi yanaşmır və həkimə getmirlər. Bu səbəbdən Amerikanın Sümük-əzələ xəstəlikləri İnstitutu bel ağrılarının hansı hallarda daha təhlükəli ola biləcəyini açıqlayıb.

Son.az həmin siyahını təqdim edir:

-18 yaşına kimi uşaq və yeniyetmələrin 3 gündən çox davam edən bel ağrısı

-Gecəyarı insanı yuxudan oyanmağa məcbur edən ağrılar

-Eyni tipli gedib-gələn ağrı

-Çəki azalması ilə müşayiət olunan ağrı

-Hərarətin yüksəlməsi ilə yanaşı bel, kürək ağrısı

-Bel ağrısı ilə yanaşı qarında olan ağrılar