Türkiyə təhlükəsizlik qüvvələri ilin əvvəlindən 1,2 mindən çox terrorçunu zərərsizləşdirib Nazir


Dünya 06 İyn 2021 22:12:00 153 0

Türkiyə təhlükəsizlik qüvvələri ilin əvvəlindən 1,2 mindən çox terrorçunu zərərsizləşdirib  Nazir

Türkiyə təhlükəsizlik qüvvələri bu ilin əvvəlindən 1212 terrorçunu zərərsizləşdirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə naziri Hulusi Akar bildirib.

Nazir qeyd edib ki, aprelin 23-dən ("Pençe-Şimşek" və "Pençe-Yıldırım" əməliyyatların başlama tarixi) bu günə qədər Suriyanın və İraqın şimalında 352 terrorçu zərərsizləşdirilib.

Ümumiyyətlə, Türkiyənin terrorizmlə mübarizədə yeni bir mərhələyə başladığı 24 iyul 2015-ci ildən bəri 18 140 terrorçu zərərsizləşdirilib.