Depressiyada olanlar qaraciyərini yoxlatsın


Digərləri 06 İyn 2021 22:17:00 185 0

Depressiyada olanlar qaraciyərini yoxlatsın

"Depressiyanın bir səbəbi də qaraciyərin xəstə olmasıdır"

Qaraciyər xəstəliyi nə qədər dərindirsə, depressiya da bir o qədər açıq aşkar dərinləşir.

Son.az xəbər verir ki, bunu rusiyalı hepatoloq Sergey Vyalov bildirib.

O hesab edir ki, qaraciyərin xroniki xəstəlikləri pasiyentin emosional psixi durumuna təsir edir və depressiv pozulmalar yaradır.

Qaraciyər qanı, orqanizmi normal təmizləyə bilmədiyi üçün toksinlər baş beyini zəhərləyir.

52% xəstələr hətta qaraciyərində ağır xəstəliyi bilməzdən öncə depressiya ilə üzləşir və səbəbi bilmir.

Əsəbilik, apatiya, süstlük, yuxululuq, gücün azalması, beynin normal işləməməsi elə qaraciyərin zədələnməsinin də əlamətləridir. /medicina.az