Qan analizində bu dəyişiklər xərçəngönü vəziyyəti göstərir


Digərləri 06 İyn 2021 21:57:00 218 0

Qan analizində bu dəyişiklər xərçəngönü vəziyyəti göstərir

Qanın ümumi analizində bəzi kəskin dəyişikliklər onkoloji problemin başlanmasını və ya yaxın olduğunu göstərə bilər.

Son.az xəbər verir ki, hematoloq həkim Yuliya Nenaşeva qan analizində nələrə diqqət yetirməli olduğunuzu açıqlayıb.

"Qan analizində normadan yüksək hemoqlobin və eritrositlərin çoxluğu əsas verir ki, siz hematoloqa müayinəyə gedəsiz, çünki bunlar onkoloji xəstəliklərin marker ola bilər. Xüsusən qan və ilik xərçəngində görülür.

Eləcə də trombositlərin və leykositlərin çox yüksəlməsi də ciddi siqnaldır. Çox zaman insanlarda leykositlər çox aşağı düşür, bu xoşxassəli neytropeniyadır. Müalicə tələb etmir.

Göstəricilərin yüksəlməsi bir-iki rəqəm yox, normadan dəfələrlə yüksək olanda həyəcan təbili çalınır. Amma qan analizinə baxıb tez təlaşa düşməyin. Çünki əsl səbəbi həkim qoya bilər. Siz sadəcə yuxarıdakılar çox yüksək çıxarsa, dərhal hematoloqa gedin.