Bu xərçəngə diqqət! Bədəndə gizlicə yayılır VİDEO


Digərləri 06 İyn 2021 21:45:00 224 0

Bu xərçəngə diqqət!  Bədəndə gizlicə yayılır  VİDEO

Türkiyəli həkim onkoloq Ersin Özaslan yumurtalıq xərçəngi ilə bağlı xəbərdarlıq edib.

Son.az xəbər verir ki, həkimin sözlərinə görə, yumurtalıq xərçənginin əlamətləri həzm sistemi probleminin əlamətlərinə bənzəyir:

"Ən çox rastlanılan əlamət şişkinlik və həzmsizlikdir. Xəstəlik daha da irəlilədiyi zaman bulanma, qəbzlik, qarın ağrısı da yarana bilər. Daha çox irəliləyərsə, qarında asit dediyimiz maye yığılır. Yumurtalıq xərçənginin erkən diaqnozu üçün ildə bir dəfə həkimə getmək, müayinə olunmaq önəmlidir".

ORQANİZMDƏ GİZLİCƏ İRƏLİLƏYİR

Həkim bildirib ki, xəstəlik genetik olaraq da keçə bilər:

"Öncəliklə əsas risk faktoru iləri yaşdır. 60 yaşdan sonra yumurtalıq xərçəngi riski daha da artır. Bundan başqa, digər xəstəliklərdə olduğu kimi siqaret və artıq çəki də əsas səbəblərindən biridir. Doğum etməmiş, süd verməmiş, menopoz sonrası estrojen hormonu istifadə etmək, hətta aparılan çalışmalarda 10 ildən çox tərləmə və pişməcə üçün pudra istifadə etmək də yumurtalıq xərçəngi riskini artırır. Bu xərçəngin 10 faizi genetika ilə bağlıdır. Genetik testlərlə aşkarlanan BRCA1 və 2. Əgər bir qadında BRCA mutasiyası varsa, təxminən 50 faiz nisbətində yaşam boyu yumurtalıq xərçəngi olma riski var.

BRCA mutasiyası olan qadınlarda isə 40 yaşından sonra yumurtalıq xərçəngi çıxma ehtimalını artırır.

45 yaşından öncə 1 və 2-ci dərəcədən qohumlarda südvəzi və yumurtalıq xərçəngi varsa, qadınlarda genetika riskini artırır. Ama bu yalnız qadınları deyil, kişilərə də təsir edən genetik riskdir.

BRCA mutasiyası olan qadınlarda qoruyucu yumurtalıq əməliyyatı məsləhət edilir.

Bu qadınlar doğuş etdikdən sonra ya da başqa doğum düşünmürsə, 40 yaşdan sonra yumurtalıqlarını qoruyucu məqsədlə aldıra bilərlər. Digər xərçəng növlərində olduğu kimi gözlə görünən bütün kütlələri tamamən çıxartmaq lazımdır. Bəzi xəstələrdə isə başlanğıcda bütün kütlələr çıxarılmayacaq haldadırsa, əməliyyat öncəsi kimya-terapiya edilməlidir". /medicina.az