Paşinyanın növbəti riyakar siyasəti: İndi də Bəşər Əsədin təəssübkeşinə çevrilib


Siyasət 06 İyn 2021 20:51:00 70 0

Paşinyanın növbəti riyakar siyasəti: İndi də Bəşər Əsədin təəssübkeşinə çevrilib

Paşinyan o qədər rabitəsiz, sistemsiz və riyakar siyasətçidir ki, nə etdiyini, nə istədiyini özü də bilmir. Üstəlik, müstəqil olmadığı üçün qalıb ortalıqda.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Paşinyan gah rusiyapərəst olur, gah qərbpərəst, gah da hamıpərəst:

"Üzdə isə saxta "demokratiya oyunu" oynamaqla kvartalda bir dəfə dəyişən sahiblərini, hamilərini hər fürsətdə aldatmağa çalışır. Fəqət, bunu da fərli-başlı bacarmır. Çünki hərəkətləri onun riyakarlığını açığa çıxarır və Paşinyanı ələ verir. Elə Suriyadakı son seçkilərdən sonra sərgilədiyi reaksiya da həmin qəbildəndir. Təsəvvür edin, bu uğursuz və fərsiz siyasətçi qəfildən Bəşər Əsədin təəssübkeşinə çevrilib. Hətta öz seçki təbliğatı yadından çıxıb, anidən olub Əsədin vəkili. Onun təbliğatını aparır, tamadalığını edir, dəstək olur, təbriklər göndərir, bəyənatlar verir. Bax bu qədər ikiüzlü və dəyişkən siyasətçidir, Paşinyan. Gah deyir qərbpərəstəm, gah da Qərblə düşmən münasibətdə olan Əsədi dəstəkləyir.

Paşinyan əslində həmişə belə riyakar olub. Sadəcə indi öz iç üzünü dünyaya daha aydın şəkildə göstərir. Təbii, fürsət düşsə Paşinyan digər hamilərinə, sahiblərinə qarşı da eyni riyakarlığı edəcək. Çünki ipinin üstünə odun yığılası adam deyil. Çünki o hər zaman satıb, satır və satacaq. Çünki Ermənistanın mahiyyəti nədirsə, onun liderinin də mahiyyəti odur.

Paşinyanın artistliyi artıq keçmir. O bitib. Əsas da Azərbaycanla müharibədən sonra bitib. Başına "dəmir yumruq" dəyəndən sonra bitib və indi həmin "dəmir yumruq"un ardınca Qərb də Paşinyanın qulağına bir şapalaq vursa nəticə əsl məntiq nümunəsi olacaq".

ABŞda atışma baş verib, ölənlər var like
  • 06 İyn 20:42  
Dünya ABŞda atışma baş verib, ölənlər var

ABŞ-ın Florida ştatında atışma baş verib.

arrow Ətraflı
19 yaşlı azərbaycanlının faciəsi: Vesti24 like
  • 06 İyn 20:37  
Siyasət 19 yaşlı azərbaycanlının faciəsi: Vesti24

Rusiyanın "Vesti 24" federal telekanalı arzu etdiklərini gerçəkli

arrow Ətraflı
Qarında spazm və köpə qarşı  Ən təsirli çay like
  • 06 İyn 20:30  
Digərləri Qarında spazm və köpə qarşı Ən təsirli çay

Qıcıqlanmış bağırsaq sindromu, həzm problemi, köp, mədədə spazm, qast

arrow Ətraflı
Ağcaqanad dişləməsindən yaranan xəstəlik  Sarı qızdırma like
  • 06 İyn 19:54  
Digərləri Ağcaqanad dişləməsindən yaranan xəstəlik Sarı qızdırma

Sarı qızdırma xəstəliyi yüksək qızdırma, intoksikasiya, hemorragiya, sa

arrow Ətraflı
Vaksinasiya olunmuş avropalıların Fransaya səfəri zamanı PCR testi tələb olunmayacaq like
  • 06 İyn 19:49  
Dünya Vaksinasiya olunmuş avropalıların Fransaya səfəri zamanı PCR testi tələb olunmayacaq

İyunun 9-dan etibarən Avropa Birliyinin qəbul etdiyi "Pfizer", &quo

arrow Ətraflı