Kriptovalyuta əməliyyatlarından gəlir vergisi tutulur


Digərləri 06 İyn 2021 20:09:00 162 0

Kriptovalyuta əməliyyatlarından gəlir vergisi tutulur

Vergi Məcəlləsinə əsasən, vergiödəyicisinin kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur.

Son.az Dövlət Vergi Xidmətinə istinadla bildirir ki, bu zaman, gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.