Azərbaycanda dəhşətli hadisə: yaralılar var Hadisə yerindən fotolar


Digərləri 06 İyn 2021 20:14:00 236 0

Azərbaycanda dəhşətli hadisə: yaralılar var  Hadisə yerindən fotolar

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını ilə "Rang Rover" markalı minik maşınları toqquşub. Qəza zamanı "Vaz 2106" markalı maşının sürücüsü 2000-ci il təvəllüdlü İsmayıl Orxan Mehdi oğlu və "Rang Rover"in sürücüsü 2000-ci il təvəllüdlü Mehralıyev Cavid İsgəndər oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hər iki xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir. Daha bir sərnişinin də xəsarət aldığı bildirilir. Onun adı dəqiqləşdirilməyib.

Faktla bağlı araşdırma aparılır.