Formula 1ə görə bağlanan bu yollar daha tez açılacaq


Digərləri 06 İyn 2021 18:14:00 170 0

Formula 1ə görə bağlanan bu yollar daha tez açılacaq

Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hazırlanan nəqliyyat planında müəyyən dəyişiklik edilib.

Son.az "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinə istinadla xəbər verir ki, dəyişikliyə əsasən, trekin əhatə etdiyi bəzi küçə və prospektlərdə hərəkətə tətbiq olunan məhdudiyyətlər vaxtından əvvəl aradan qaldırılacaq.

İyunun 7-də səhər saat 06:00-dan Bəhram Gur heykəlinin qarşısından Azneft dairəsi, Niyazi və İstiqlaliyyət küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.