Türk aktyor "Zoom"da tanış olduğu qızla evləndi FOTO


Şou-biznes 06 İyn 2021 17:34:00 204 0

Türk aktyor "Zoom"da tanış olduğu qızla evləndi  FOTO

"Son yaz" seriaında rol alan türkiyəli aktyor Sinan Tuzcu ikinci dəfə ailə həyatı qurub.

Son.az axşam.az-a istinadən bildirir ki, aktyor Parisdə yaşayan sevgilisi Beyza Kapucu ilə evlənib. Türkiyədə keçirilən toy mərasimində Sinanın ailəsi və "Sen Anlat Karadeniz" serialında birlikdə rol aldığı həmkarları İrem Helvacıoğlu, Cem Kenar və Furkan Akso da iştirak edib.

Qeyd edək ki, Sinan və Beyza "Zoom" onlayn platformasında tanış olublar. Aktyor 2016-cı ildə ilk həyat yoldaşı Dolunay Soysertdən ayrılıb.