Hava Limanı “28 May” ekspress marşrut xətti bərpa edilir


Digərləri 06 İyn 2021 17:21:00 172 0

Hava Limanı  “28 May” ekspress marşrut xətti bərpa edilir

Sabah (7 iyun) H1 Hava limanı - "28 May" ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa edilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, H1 ekspres marşrut xətti üzrə avtobuslar müəyyən olunan hərəkət sxeminə uyğun olaraq sərnişinlərin xidmətində olacaq.