İranda daha 122 nəfər koronavirusun qurbanı oldu


Dünya 06 İyn 2021 14:45:00 156 0

İranda daha 122 nəfər koronavirusun qurbanı oldu

İranda ötən sutka ərzində 122 nəfər koronavirusdan (COVID-19) ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 81 063 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 5 612 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 966 363 nəfərə çatıb. Virus daşıyıcılarından 3 769 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 552 401 nəfər koronavirusdan sağalıb, 20,6 milyondan çox diaqnoz testi həyata keçirilib.