Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır Britaniyalı professor


Siyasət 06 İyn 2021 13:12:00 158 0

Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır  Britaniyalı professor

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır.

Son.az bildirir ki, bunu Trend-ə Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Taras Kuzio bildirib.

Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avropa Şurası və ATƏT-in parlament assambleyalarında qaldırılmalı və Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi pislənilməlidir.

Taras Kuzio deyib: "Ermənistan, az qala otuz ildir işğal etdiyi ərazilərin minalardan təmizlənməsi məsələsinə məsuliyyətli yanaşsa və əməkdaşlıq etsəydi, Azərbaycan jurnalistlərinin faciəli ölümündən qaçınmaq olardı".