Goranboy sakini namus üstündə bıçaqlanıb


Digərləri 06 İyn 2021 12:58:00 184 0

Goranboy sakini namus üstündə bıçaqlanıb

Goranboy rayon sakini bıçaqlanıb.

Son.az APA-ya istinadən bildirir ki, mübahisə və münaqişə namus motivləri üstündə yaranıb.

1982-ci il təvəllüdlü rayon sakini Şəfiyev Elmir Rasim oğlu bədəninin bir neçə hissəsindən bıçaqlanıb. Yaralı öncə rayon xəstəxanasına yerləşdirilib daha sonra Gəncə Şəhərindəki klinikaların birinə köçürülüb.

Məlumata görə hadisəni törədən şəxs polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.