“Mən bu gün balama süd verə bilməmişəm. Bu həyacan, bu stress..."


Digərləri 06 İyn 2021 12:38:00 303 0

“Mən bu gün balama süd verə bilməmişəm. Bu həyacan, bu stress..."

Baku TV-nin hazırladığı reportajla gündəmə gələn və daha sonra bəzi kütləvi informasiya vasitələrində haqqında yazılan qeyri-dəqiq məlumatlarla müzakirə mövzusuna çevrilən qazi Elnur Əfəndiyev və həyat yoldaşı Nərmin Əfəndiyeva açıqlama verib:

"Mən bu gün balama süd verə bilməmişəm. Bu həyacan, bu stress... Elnura yazılan təhqirlər onu çox pis sarsıdıb. Mənim südüm kəsilib. Siz bu qədərmi birlikdən əlinizi üzdünüz?! Ay millətim, ay xalqım, bir əlsiz-ayaqsız adamı ortaya qoyub hucum edib deyirsiz ki, bu qazi deyil".

Qeyd edək ki, "Baku TV"nin efirində yayımlanan və qısa zamanda izləyicilərin diqqətini çəkən, böyük marağa səbəb olan Birinci Qarabağ Müharibəsi qazisi Elnur Əfəndiyevin ailəsindən hazırlanan reportaj geniş rezonans yaradıb.

Sözügedən reportajdan sonra "Qafqazinfo" saytı Elnur Əfəndiyevin əslində müharibə iştirakçısı olmadığını, əlilliyinin başqa səbəbdən olması ilə bağlı xəbər yayıb.