Ermənistanda əhalinin azalması prosesi gedir Koçaryan


Dünya 06 İyn 2021 12:12:00 193 0

Ermənistanda əhalinin azalması prosesi gedir  Koçaryan

Son bir neçə ay ərzində Ermənistandan çıxan və geri qayıtmayan vətəndaşların sayı kəskin şəkildə artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib.

Onun sözlərinə görə, son 4 ay ərzində miqrasiyanın mənfi saldosu 80 min nəfər təşkil edib:

"Bənzər göstəricilər Ermənistanda 90-cı illərin əvvəllərində olub. Bunun adı artıq depopulyasiyadır (əhalinin sayının azalması - red.), qaçmaqdır. Bu o deməkdir ki, bu hakimiyyətə etibar etmirlər. Bu vəziyyəti dəyişdirməyin yeganə yolu hakimiyyətin dəyişməsidir".