"Coachella" bu il də olmayacaq


Digərləri 06 İyn 2021 12:05:00 200 0

"Coachella" bu il də olmayacaq

Cənubi Kaliforniya səhrasında keçirilən dünyaca məşhur "Coachella" musiqi festivalı bu il də təxirə salınıb.

Son.az axşam.az-a istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Təşkilatçılar festivalı bu ilin oktyabrında keçirməyi planlasalar da, koronovirus pandemiyasına görə bu fikirdən imtina ediblər.

Onlar bildiriblər ki, "Coachella" gələn il 15, 17, 22, 24 oktyabr tarixlərində baş tutacaq.