Xalq artisti Elgizin anasından üzr istədi


Şou-biznes 06 İyn 2021 09:18:00 154 0

Xalq artisti Elgizin anasından üzr istədi

"Birinci təşəkkür edirəm ki, bədxahlar aramıza girdilər, amma sən ünvanıma qeyri-etik söz işlətmədin. Heç yadıma gəlmir ki, sənə təhqiramiz söz deyim. Sənin aparıcılığın, peşəkarlığın xoşuma gəlir. 16 ildir şou adı olan verilişlərə getmirəm".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Elxan Qasımov "Elgizlə izlə" verilişinə zəng edərkən deyib. Aktyor aparıcı Elgiz Əkbərə "eybəcər" deməsindən danışıb:

"Bu söhbəti böyüdüblər ki, reytinqimiz aşağı düşsün. Ya sənə, ya mənə qarşı təxribatdır. 75 yaşında insanam, hamıya gözəl sözlər deyən biri kimi tanınmışam. Birdən-birə bizi bir-birimizə qarşı belə döndərmək, bunu Şekispirin Yaqosu da etməzdi. Fürsətdən istifadə edib, anandan üzr istəyirəm. Səndən üzr istəyə bilmərəm, yaşım o deyil. Biz barışaq, özümüz buna nöqtə qoyaq. Əgər desəydim ki, "gözəl inşandı" yaşadığı binada, işdə heç kim gətirib o qəzeti ona verməzdi. Ola bilsin ki, demişəm".