Böyük Britaniyada koronavirusa yoluxanların sayı 4,5 milyonu ötüb
Dünya 06 İyn 2021 07:44:00 154 0
Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 5 765 yoluxma halı qeydə alınıb.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümümi sayı 4 511 669 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutkada koronavirusdan daha 13 nəfər, hazırkı dövrədək isə 127 836 nəfər vəfat edib.
Mənbə: milli.az