Rusiya Jurnalistlər ittifaqı həlak olan azərbaycanlı jurnalistlərlə bağlı başsağlığı verib


Digərləri 06 İyn 2021 07:22:00 156 0

Rusiya Jurnalistlər ittifaqı həlak olan azərbaycanlı jurnalistlərlə bağlı başsağlığı verib

Rusiya Jurnalistlər İttifaqı Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olan azərbaycanlı jurnalistlərlə bağlı başsağlığı verib.

Trend-in Rusiya Jurnalistlər Ittifaqının saytına istinadən verdiyi məlumata görə, başsağlığında deyilir:

"Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində iki jurnalist həlak olub. Bizim həmkarlarımız - telekanal operatoru Sirac Abışov və AzərTac informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov partlayışın qurbanları olublar.

Rusiya Jurnalistlər Ittifaqı həlak olanların doğmalarına və yaxınlarına, həmkarlarına səmimi başsağlığını ifadə edir".