Sabirabadda avtomobil qaçıran şəxs saxlanıldı


Digərləri 05 İyn 2021 23:51:00 228 0

Sabirabadda avtomobil qaçıran şəxs saxlanıldı

Avtomobil qaçıran şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, iyunun 4-ü gecə saatlarında Sabirabad rayonu Yenikənd kənd sakini M.Allahverdiyev DİN-in "102 Zəng Mərkəzi"nə müraciət edərək ona məxsus "Niva" markalı avtomobilinin qaçırıldığı barədə məlumat verib. Məlumatla əlaqədar Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin rayon ərazisində tapılması təmin olunub.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.