Şirvanda AĞIR QƏZA: Bir ailənin 3 üzvü...


Digərləri 05 İyn 2021 23:53:00 180 0

Şirvanda AĞIR QƏZA: Bir ailənin 3 üzvü...

Şirvanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, iki minik maşınının toqquşması nəticəsində bir ailənin üç üzvü - Şirvan şəhər sakinləri; 1979-cu il təvəllüdlü Abdullayev Natiq Arif oğlu, onun həyat yoldaşı, 1979-cu il təvəllüdlü Abdullayeva Məlahət Ənvər qızı, habelə N.Abdullayevin oğlu, 2010-cu il təvəllüdlü Abdullayev Nihat Natiq oğlu müxtəlif xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.