Allahın verdiyi nemətlə, Allahla müxalifət etmək necə olur?


Digərləri 05 İyn 2021 22:55:00 217 0

Allahın verdiyi nemətlə, Allahla müxalifət etmək necə olur?

Şakir insan - o kəsdir ki, Allahın neməti ilə günah işlətməz. İlahi nemətə söykənərək, Allahla müxalif olmağa qalxmaz.

Doğrudan da, necə də böyük cinayətdir ki, insan Allahın ona verdiyi bədən üzvləri ilə, torpaq, hava, yeyəcək, geyəcək - ixtiyarına qoyulan bütün digər maddi nemətlərlə günah edər və Allahla müxaliflik edər!

Günahkarın günah etmək üçün ixtiyarında ancaq İlahi nemətlər olar. O kəs ki, naməhrəmə baxmaq istəyər, gərək göz nemətindən istifadə etsin ki, bu günahı törətsin. Bununla da özünü cəhənnəmlik edir.

O kəs ki, ğinaya qulaq asmaq istəyər, gərək qulaq nemətindən istifadə etsin.

O kəs ki, yalan danışmaq istəyər, töhmət vurmaq istəyər, qeybət etmək istəyər, iftira vurmaq istəyər... - gərək dil nemətindən istifadə etsin.