Behiştin Rəyan qapısı kimin üçündür?


Digərləri 05 İyn 2021 22:30:00 181 0

Behiştin Rəyan qapısı kimin üçündür?

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, Qiyamət günü gəlib çatar, oruc tutanlar qəbirlərindən o halda qalxarlar ki, orucun iyinə görə tanınarlar. Ağızlarının iyi müşkdən daha yaxşıdır və behiştin ləziz yeməkləri ilə qarşılanarlar".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Böyük Allah behiştdə həqiqi oruc tutanlara buyurar: "Ey, Mənim dostlarım! Dünyada sizlərin əksər hissəsini götdüm ki, aclıq və susuzluğun şiddətindən dodaqları bir-birinə yapışmışdır. Ona görə də behişt nemətlərində rahat olun və onun yeyəcəklərindən və içəcəklərindən yeyin və için"".

Məsumlardan (ə) gələn hədisdə oxuyuruq: "Oruc bais olar ki, həqiqi oruc tutan Qiyamətin aclıq və susuzluğundan amanda olsun".

"Böyük Allah həqiqi oruc tutana cəhənnəm atəşindən nicat verər".

"Behiştdə bir qapı vardır ki, adı Rəyandır. O zaman ki, Qiyamət günü gəlib çatar, deyilər ki, oruc tutanlar haradadır? O zaman ki, bu qapıdan daxil olarlar, bağlanar. Orada behişt içəcəkləri vasitəsilə onlara qulluq edilər. Hər kim ondan içərsə, bir daha susuz olmaz".