Ədliyyə naziri Kəlbəcərdə şəhid olanlarla bağlı beynəlxalq təşkilatlara müraciət edib


Siyasət 05 İyn 2021 21:42:00 93 0

Ədliyyə naziri Kəlbəcərdə şəhid olanlarla bağlı beynəlxalq təşkilatlara müraciət edib

Ədliyyə naziri Fikrət Məmmədov iyunun 4-də Kəlbəcər rayonunda Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən quraşdırılmış minaya düşərək həlak olması və yaralanması ilə əlaqədar ATƏT-in Minsk Qrupunun həmsədr və bütün digər üzv ölkələrinin ədliyyə nazirlərinə, BMT-nin və Avropa Şurasının insan hüquqları üzrə rəhbər vəzifəli şəxslərinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentinə müraciətlər ünvanlayıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Son.az-a bildirilib ki, müraciətlərdə 30 illik erməni işğalı altında olan torpaqlarımızın Vətən müharibəsində Qələbəmizlə azad edildiyi, o cümlədən ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanatla 3 rayonun qaytarıldığı və 750 min məcburi köçkünün öz yurdlarına qayıtmasının nəzərdə tutulduğu qeyd olunub.

Lakin Ermənistan tərəfindən soydaşlarımızın geri qayıtmasına əngəl törətmək və mülki əhali arasında növbəti qurbanların olması məqsədilə ərazilərimizin minalandığı və bununla bağlı Azərbaycanın dəfələrlə etdiyi müraciətlərə, beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq Ermənistanın qeyri-insani davranaraq beynəlxalq normaları, o cümlədən BMT-nin 1949-cu il Cenevrə və İnsan hüquqlarına dair 1950-ci il Avropa konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla mina xəritələrini qəsdən vermədiyi vurğulanıb.

Ermənistanın insanlığa qarşı bu cinayətkar əməlləri nəticəsində müharibədən sonra dinc sakinlər və sülhməramlılar olmaqla 140 nəfərdən çox şəxsin erməni işğalçıları tərəfindən quraşdırılmış minalara düşdüyü və onlardan 27-nin həlak olduğu təəssüflə qeyd edilib. Bildirilib ki, sonuncu faciəvi hadisə isə iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda baş verib və minanın partlaması nəticəsində peşə vəzifəsini yerinə yetirən iki jurnalist olmaqla 3 nəfər həlak olub, bir neçə şəxs isə ciddi xəsarət alıb.

Bununla bağlı ədliyyə naziri xarici həmkarlarını və beynəlxalq insan hüquqları təsisatlarını müharibənin bitməsindən sonra insan həyatlarının xilası və yeni qurbanların qarşısının alınması, məcbur köçkünlərin öz dədə-baba yurdlarına təhlükəsiz qayıtması, həmçinin Qafqazda sülh və əmin-amanlığın bərqərar olunması naminə səslərini ucaldaraq Ermənistanı mina xəritələrinin verilməsi ilə əlaqədar beynəlxalq öhdəliklərini hökmən yerinə yetirməyə təsir etməyə çağırıb.

Ədliyyə işçiləri iyunun 4-də Kəlbəcər rayonunda Ermənistan tərəfindən quraşdırılmış minaya düşərək həlak olmuş həmvətənlərimizi anaraq xatirələrini bir dəqiqəlik sükutla yad edib, onlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyiblər.

Kərbəla faciəsindən az sonra baş vermiş hadisələrə baxış like
  • 05 İyn 21:40  
Digərləri Kərbəla faciəsindən az sonra baş vermiş hadisələrə baxış

İmam Hüseynin (ə) şəhadətindən sonra zahirdə Bəni-Üməyyənin hakimiyy

arrow Ətraflı
BMTdə Azərbaycan mütəxəssislərinin Ermənistanla bağlı təqdimatları dinlənilib like
  • 05 İyn 21:39  
Siyasət BMTdə Azərbaycan mütəxəssislərinin Ermənistanla bağlı təqdimatları dinlənilib

İyunun 2-4-də 2021-ci il tarixlərində Birləşmiş Millətlər Təşkilatın

arrow Ətraflı
Allaha həqiqi şükrü necə etmək? like
  • 05 İyn 21:30  
Digərləri Allaha həqiqi şükrü necə etmək?

Həzrət Davud (ə) Allahdan soruşur: "Ey mənim Mövlam! Əgər Səni raz

arrow Ətraflı
Bəziləri deyir ki, dua etmək Allahın istəyinə qarşı çıxmaqdır. Bu cür düşünmək doğrudurmu? like
  • 05 İyn 21:20  
Digərləri Bəziləri deyir ki, dua etmək Allahın istəyinə qarşı çıxmaqdır. Bu cür düşünmək doğrudurmu?

Dua bəndə ilə Allah arasında bir növ söhbət adlandırıla bilər. Hədisl

arrow Ətraflı
Peyğəmbərin uşaqlıq illəri ilə bağlı bir hadisənin izi ilə like
  • 05 İyn 21:15  
Digərləri Peyğəmbərin uşaqlıq illəri ilə bağlı bir hadisənin izi ilə

Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatı ilə bağlı mübahisə doğura

arrow Ətraflı
Hüseyniyyə nədir? like
  • 05 İyn 21:10  
Digərləri Hüseyniyyə nədir?

Hüseyniyyə - dini təyinatlı məkan deməkdir. Adından da göründüyü kimi

arrow Ətraflı
Hipotiroidizm nədir və müalicəsi mümkündürmü? like
  • 05 İyn 21:01  
Digərləri Hipotiroidizm nədir və müalicəsi mümkündürmü?

Bu ümumi endokrin sistem xəstəliyi tiroid hormonlarının çatışmazlığı

arrow Ətraflı
Allahdan necə övlad istəmək? like
  • 05 İyn 20:55  
Digərləri Allahdan necə övlad istəmək?

Bəzi övladlar insan üçün qanaddırlar. "Və o kəslər ki, "ey R

arrow Ətraflı
Sufi təriqətləri like
  • 05 İyn 20:50  
Digərləri Sufi təriqətləri

Oxucu marağını nəzərə alaraq, İslam dünyasında keçmiş zamanlarda böy

arrow Ətraflı
Bəşəriyyətin ilk müəllimi Aristotel olub, ikincisi isə... like
  • 05 İyn 20:45  
Digərləri Bəşəriyyətin ilk müəllimi Aristotel olub, ikincisi isə...

Əbu Nəsr Məhəmməd ibn Tarxan Farabi (vəfatı hicri 339/miladi 950-951) Ort

arrow Ətraflı
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə like
  • 05 İyn 20:40  
Digərləri Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə

1. Müalicəyə başla və Allaha təvəkkül et

arrow Ətraflı
Qəlbin daş bağlamasına səbəb olab amilləri tanıyaq like
  • 05 İyn 20:30  
Digərləri Qəlbin daş bağlamasına səbəb olab amilləri tanıyaq

Necə olur ki, insanın qəlbi daşlaşır və qəsavət bağlayır? Buna səbə

arrow Ətraflı
Xaçmazda şəhidin yeni doğulan körpəsi like
  • 05 İyn 20:28  
Digərləri Xaçmazda şəhidin yeni doğulan körpəsi

Xaçmazda Vətən müharibəsi şəhidi Fərid Seyfullayevin bugünlərdə düny

arrow Ətraflı
“Qulaq as, Nikol, tərbiyə hüdudlarını aşma” like
  • 05 İyn 20:22  
Siyasət “Qulaq as, Nikol, tərbiyə hüdudlarını aşma”

Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi Onik Qaspary

arrow Ətraflı
Həqiqətən dinimizdə pendir yemək bəyənilmir? like
  • 05 İyn 20:20  
Digərləri Həqiqətən dinimizdə pendir yemək bəyənilmir?

Dinimizə görə halal və haram qidalar məlumdur, şəriət kitablarında bu b

arrow Ətraflı