BMTdə Azərbaycan mütəxəssislərinin Ermənistanla bağlı təqdimatları dinlənilib


Siyasət 05 İyn 2021 21:39:00 73 0

BMTdə Azərbaycan mütəxəssislərinin Ermənistanla bağlı təqdimatları dinlənilib

İyunun 2-4-də 2021-ci il tarixlərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (BMT BA) Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsin başlığı altında Xüsusi Sessiyası keçirilmiş və tədbirin yekunu olaraq Siyasi Bəyannamə qəbul edilmişdir.

Bu xəbəri də oxu: Artıq hər kəs bilir

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, sessiya çərçivəsində Azərbaycan Respublikasının təşəbbüsü ilə qeyri-kommersiya təşkilatlarından korrupsiya, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi məqsədləri ilə sui-istifadə edilməsi mövzusunda paralel tədbir keçirilmişdir.

Tədbirin açılışında Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev çıxış edərək qeyri-kommersiya təşkilatlarının və xeyriyyə fondlarının dayanıqlı inkişafın təmin olunmasında əhəmiyyətli rol oynadığını, bununla belə, bu cür qurumların fəaliyyətinə məhdud nəzarətin yekunda onlardan bəzilərinin korrupsiya, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kimi cinayətkarlıq fəaliyyətlərinə cəlb olunmasına gətirib çıxardığını qeyd etmişdir.

Tədbirdə Beynəlxalq Valyuta Fondunun, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin, Liverpul Universitetinin, Avropa Qeyri-Kommersiya Hüququ Mərkəzinin və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin (MMX) mütəxəssislərinin təqdimatları dinlənilmiş və interaktiv müzakirələr aparılmışdır.

Çıxışçılar öz təqdimatlarında xeyriyyə fondlarından sui-istifadənin qarşısının alınması məqsədilə xüsusi qaydaların hazırlanmalı olduğunu, bəzi xeyriyyə təşkilatları tərəfindən cinayətkarlıq əməllərinin maliyyələşdirilməsi məqsədilə virtual valyutalardan və internetin nəzarətsiz seqmentindən istifadə edildiyini, bəzi bank və digər maliyyə qurumlarının bu cür fəaliyyətlərə vasitəçi olaraq alət edildiyi və digər məqamları xüsusi vurğulamışlar.

Tədbirdə çıxış edən MMX-nin nümayəndəsi Ermənistan və Azərbaycan arasında baş vermiş 44 günlük müharibə dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən 170 milyon ABŞ dollar məbləğində vəsait toplandığını və bunun 110 milyon ABŞ dolları məbləğində hissəsinin qanunsuz olaraq Ermənistan büdcəsinə köçürüldüyünü qeyd etmişdir. Bu faktın Ermənistanın yüksək səviyyəli rəsmiləri, o cümlədən baş naziri tərəfindən də etiraf edildiyini və müxtəlif ölkələrin vətəndaşlarından humanitar yardım adı altında aldadılaraq toplanmış və Ermənistanın dövlət büdcəsinə köçürülmüş bu vəsaitin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əvvəllər yerləşdirilmiş qanunsuz silahlı birləşmələrin silahlanmasına sərf olunduğunu qeyd etmişdir.

Tədbirdə BMT üzv dövlətlərinin XİN-lərinin və BMT yanında Daimi Nümayəndəliklərinin əməkdaşları, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri iştirak etmiş və interaktiv müzakirələrə töhfə vermişlər.

Allaha həqiqi şükrü necə etmək? like
  • 05 İyn 21:30  
Digərləri Allaha həqiqi şükrü necə etmək?

Həzrət Davud (ə) Allahdan soruşur: "Ey mənim Mövlam! Əgər Səni raz

arrow Ətraflı
Bəziləri deyir ki, dua etmək Allahın istəyinə qarşı çıxmaqdır. Bu cür düşünmək doğrudurmu? like
  • 05 İyn 21:20  
Digərləri Bəziləri deyir ki, dua etmək Allahın istəyinə qarşı çıxmaqdır. Bu cür düşünmək doğrudurmu?

Dua bəndə ilə Allah arasında bir növ söhbət adlandırıla bilər. Hədisl

arrow Ətraflı
Peyğəmbərin uşaqlıq illəri ilə bağlı bir hadisənin izi ilə like
  • 05 İyn 21:15  
Digərləri Peyğəmbərin uşaqlıq illəri ilə bağlı bir hadisənin izi ilə

Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatı ilə bağlı mübahisə doğura

arrow Ətraflı
Hüseyniyyə nədir? like
  • 05 İyn 21:10  
Digərləri Hüseyniyyə nədir?

Hüseyniyyə - dini təyinatlı məkan deməkdir. Adından da göründüyü kimi

arrow Ətraflı
Hipotiroidizm nədir və müalicəsi mümkündürmü? like
  • 05 İyn 21:01  
Digərləri Hipotiroidizm nədir və müalicəsi mümkündürmü?

Bu ümumi endokrin sistem xəstəliyi tiroid hormonlarının çatışmazlığı

arrow Ətraflı
Allahdan necə övlad istəmək? like
  • 05 İyn 20:55  
Digərləri Allahdan necə övlad istəmək?

Bəzi övladlar insan üçün qanaddırlar. "Və o kəslər ki, "ey R

arrow Ətraflı
Sufi təriqətləri like
  • 05 İyn 20:50  
Digərləri Sufi təriqətləri

Oxucu marağını nəzərə alaraq, İslam dünyasında keçmiş zamanlarda böy

arrow Ətraflı
Bəşəriyyətin ilk müəllimi Aristotel olub, ikincisi isə... like
  • 05 İyn 20:45  
Digərləri Bəşəriyyətin ilk müəllimi Aristotel olub, ikincisi isə...

Əbu Nəsr Məhəmməd ibn Tarxan Farabi (vəfatı hicri 339/miladi 950-951) Ort

arrow Ətraflı
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə like
  • 05 İyn 20:40  
Digərləri Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə

1. Müalicəyə başla və Allaha təvəkkül et

arrow Ətraflı
Qəlbin daş bağlamasına səbəb olab amilləri tanıyaq like
  • 05 İyn 20:30  
Digərləri Qəlbin daş bağlamasına səbəb olab amilləri tanıyaq

Necə olur ki, insanın qəlbi daşlaşır və qəsavət bağlayır? Buna səbə

arrow Ətraflı
Xaçmazda şəhidin yeni doğulan körpəsi like
  • 05 İyn 20:28  
Digərləri Xaçmazda şəhidin yeni doğulan körpəsi

Xaçmazda Vətən müharibəsi şəhidi Fərid Seyfullayevin bugünlərdə düny

arrow Ətraflı
“Qulaq as, Nikol, tərbiyə hüdudlarını aşma” like
  • 05 İyn 20:22  
Siyasət “Qulaq as, Nikol, tərbiyə hüdudlarını aşma”

Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi Onik Qaspary

arrow Ətraflı
Həqiqətən dinimizdə pendir yemək bəyənilmir? like
  • 05 İyn 20:20  
Digərləri Həqiqətən dinimizdə pendir yemək bəyənilmir?

Dinimizə görə halal və haram qidalar məlumdur, şəriət kitablarında bu b

arrow Ətraflı
Məscid tikdirmiş qadınlar like
  • 05 İyn 20:15  
Digərləri Məscid tikdirmiş qadınlar

İslam tarixi boyunca xeyriyyəçilik ənənəsi ən mühüm fəaliyyət istiqam

arrow Ətraflı
Rövnəq Abdullayev Peterburq beynəlxalq iqtisadi forumunda çıxış edib like
  • 05 İyn 20:14  
Digərləri Rövnəq Abdullayev Peterburq beynəlxalq iqtisadi forumunda çıxış edib

Rövnəq Abdullayev enerji keçidi dövrünün çağırışları və Azərbaycan

arrow Ətraflı