Allaha həqiqi şükrü necə etmək?


Digərləri 05 İyn 2021 21:30:00 172 0

Allaha həqiqi şükrü necə etmək?

Həzrət Davud (ə) Allahdan soruşur: "Ey mənim Mövlam! Əgər Səni razı salacaq həddə, Sənə şükür etmək istəsəm, nə edim?".

Uca Allah buyurur: "O neməti ki, sənə inayət etmişəm - onu o yolda xərclə ki, ona görə əmr etmişəm. Neməti müəyyən olmuş yerdə xərcləmək - Mənim şükrümün eynidir".

Bu hədisə əsasən, insanın etdiyi hər bir günah - ona verilmiş nemətə küfr etməkdir. Allahın da haqqıdır ki, bu neməti həmin şəxsdən geri alsın.

Ona görə də insan ilk əvvəl Allahın ona verdiyi nemətləri tanımalı və onlara dəyər verməlidir. Ondan sonra bu nemətləri hansı işlər üçün istifadə edə biləcəyinə görə agah olmalıdır. Bilməlidir ki, əgər günah etsə, həmin nemətə qarşı küfr etmiş olacaqdır.

Allahın nemətlərini nəfsani istəklərimizə və şeytanın istəklərinə xərcləməyək. Nemətlərdən dünya və axirətimizi abad etmək üçün istifadə etməliyik. Əks halda elə bir əzaba düçar olarıq ki, heç bir qüdrət bizi o əzabdan xilas edə bilməz.

Mənəvi nemətlər qarşısında daha çox məsuliyyət hiss edək. Mənəvi nemətlərdən istifadə edərək özümüzü kamala çatdıraq, dünya və axirət xeyri əldə edək.

Qiyamət günü - elə bir gündür ki, Allah verdiyi nemətlərin hesabını çəkəcəkdir. Həzrət Peyğəmbər (s) buyurur: "Ayağın bəndləri Həzrət Haqq qarşısında hərəkət etməz, məgər o halda ki, ondan dörd şeylə bağlı sual olunar. Ömrünü və bədənini hansı yolda sərf etmisən. Sərvətini haradan əldə etmisən və harada xərcləmisən. Biz Əhli-Beytin (ə) eşqindən sual olunar".

Bir nəfər soruşur ki, sizin sevginizin əlaməti nədir?