Qəlbin daş bağlamasına səbəb olab amilləri tanıyaq


Digərləri 05 İyn 2021 20:30:00 150 0

Qəlbin daş bağlamasına səbəb olab amilləri tanıyaq

Necə olur ki, insanın qəlbi daşlaşır və qəsavət bağlayır? Buna səbəb olan amilləri tanıyaq:

1. Günah. İmam Əli (ə) buyurur: "Qəlblər sərtləşməz və qəsavət bağlamaz, məgər günahların çoxluğuna görə".

İmam Sadiq (ə) buyurur: "Günahda təkid etmək - bədbəxtlikdəndir".

2. Qəflət. İmam Baqir (ə) Cabir Cəfiyə buyurur: "Ey Cabir! Qəflətdən çəkin! Çünki qəflətdə olan zaman qəlb qəsavəti halı meydana gələr".

3. Uzun arzular. İmam Əli (ə) buyurur: "O kəsin ki, arzusu olar sabah sağ qalsın və yaşasın - o kəsdir ki, dünyada həmişə qalmaq istəyir. O kəs ki, həmişə dünyada sağ qalmaq arzusunda olar - qəlbi sərtləşər və dünyaya qarşı rəğbət əldə edər".

4. Çoxlu mal toplamaq. İmam Əli (ə) buyurur: "O şey ki, qəlbi sərtləşməyə və daşlaşmağa tərəf çəkər - çoxlu maldır". (Hədənə)

Beləliklə deyə bilərik ki, bu dörd amil insanın qəlbinin sərtləşməsinə və qəsavət bağlamasına səbəb olar. Ona görə də bu dörd amildən uzaq olaq və qəlbimizin qəsavət bağlamasına imkan verməyək.