Xaçmazda şəhidin yeni doğulan körpəsi


Digərləri 05 İyn 2021 20:28:00 231 0

Xaçmazda şəhidin yeni doğulan körpəsi

Xaçmazda Vətən müharibəsi şəhidi Fərid Seyfullayevin bugünlərdə dünyaya gələn ikinci qız övladı xəstəxanadan evə buraxılıb.

Son.az "Report"a istinadən bildirir ki, tədbirdə şəhidin qohumları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yeni doğulan körpəyə Səma adı verilib.

Qeyd edək ki, şəhidin böyük övladının adı Ayladır.

Fərid Seyfullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb.

Fərid Seyfullayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!