Həqiqətən dinimizdə pendir yemək bəyənilmir?


Digərləri 05 İyn 2021 20:20:00 163 0

Həqiqətən dinimizdə pendir yemək bəyənilmir?

Dinimizə görə halal və haram qidalar məlumdur, şəriət kitablarında bu barədə məlumatlar verilib. Haram olan qidaların siyahısında pendir yoxdur (təbii ki, halal materialdan və halal şəraitdə hazırlanmış pendir nəzərdə tutulur). Yəni pendir yemək öz-özlüyündə nəinki halaldır, hətta bu qida növü bəzi faydalara da malikdir. Müqəddəslərin hədislərindən məlum olur ki, pendir həzm prosesinə yardım edir. Ona görə ağır qidalardan sonra bir az pendir yemək faydalıdır. Lakin bütün qidalar kimi pendirin də yeyilməsinin bəzi şərtləri var. Bu şərtlər dini yox, tibbi əsaslara malikdir. Məsələn, pendiri ayrılıqda səhər yox, axşam yemək məsləhətdir. Ağır yeməklərlə, məsələn, ət xörəkləri ilə birlikdə də pendir yemək ziyan gətirər, onu xörəkdən sonra yemək daha yaxşıdır. Pendiri yemişlə yeməyin xüsusi faydası var. Bütün bu tövsiyələr müasir tibb elmi tərəfindən də təsdiq edilmişdir.