Salavat axirətdə insana bu 5 təsiri verər


Digərləri 05 İyn 2021 19:55:00 173 0

Salavat axirətdə insana bu 5 təsiri verər

Salavat - o gözəl əməllərdəndir ki, duaların qəbul olmasına, Allahın razı salınmasına, Məsumların (ə) şad olmasına və mələklərin ona salam göndərməsinə... səbəb olan əməllərdəndir.

Salavatın dünya fəzilətləri olduğu kimi, axirət fəzilətləri də mövcuddur. Bu fəzilətlər ilə tanış olaq.

1. Bərzəx aləmində. Salavatı davamlı olaraq demək - qəbir əzabını uzaqlaşdırar. Günahın zülmətini aradan qaldırar. Bütün qəbiristandakılardan əzabı dəf edər. Salavatın savabı günahın çəkisindən daha ağırdır. Salavat qəbirdə insanın yardımına çatar. Bərzəx aləmində simasını nurani edər. Can almağı rahat edər.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim mənə çoxlu salavat göndərərsə, ölümün və can almağın acılığından amanda olar".

2. Qiyamət. Məsumlarımız (ə) buyurur ki, hər kim salavatı davamlı olaraq deyərsə, xüsusilə də cümə günündə - salavat onun üçün şəfaətçi olar. Salavat səbəb olar ki, Qiyamət günü insan Peyğəmbərə (s) ən yaxın insan olsun. Allah hər tərəfdən ona nur saçar və Qiyamət günü 70 hacətini yerinə yetirər. Onu İlahi ərşin altında qərar verər. Salavat - Qiyamət günü ən ağır əməl olar.

3. Sirat körpüsü. Salavat insana Sirat körpüsündə yol göstərər. Onun yolunu aydınladan nur olar. Həzrət Peyğəmbər (s) buyurur: "Mənə çoxlu salavat göndərin. Çünki mənə salavat göndərmək - qəbirdə olan nurdur, Siratın yuxarısında olan nurdur, behiştdə olan nurdur".

4. Cəhənnəm. Salavat - insana cəhənnəm hərarətindən aman verər. Cəhənnəm atəşinə daxil olmasına mane olar. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, mənə salavat göndərər, atəşin daxilinə girməz".

5. Behişt. Behiştdə salavat deyənlərə hurul-eynlər nəsib olar. Salavat deyən behiştdə Peyğəmbərin (s) dostu olar və 70 min behişt sarayına malik olar.