Nemətlər qarşısında insanların 4 növü.


Digərləri 05 İyn 2021 19:30:00 124 0

Nemətlər qarşısında insanların 4 növü.

Quran ayələrindən və hədislərdən belə nəticəyə gəlmək olur ki, insanlar İlahi nemət qarşısında dörd dəstəyə bölünürlər:

1. O dəstə insanlar ki, hələ əvvəldən nemətdən üz çevirmişdilər. İstər maddi nemət olsun, istərsə də mənəvi nemət olsun - onu rədd etmişdilər. Özlərini işə verməmiş və tənbəllik etmişdilər. İnsanlara yük olmuş və cəmiyyətdə fəsad törətmişdilər. Allahın dinini qəbul etməmiş, cinayət və zəlillik yolunu seçmişdilər.

2. O insanlardır ki, həm maddi və həm də mənəvi nemətləri qəbul etmişdilər. Ancaq onu xərcləməkdə simiclik etmişdilər. İnfaq etməmişdilər. Alim olmaqlarına baxmayaraq, elm nemətini heç kəsə öyrətməmişdilər.

3. O dəstə ki, neməti qəbul etmişdilər, ancaq Allahdan qeyrisinin yolunda xərcləmişdilər. Zalım zənginlər və saray alimləri kimi.

4. O dəstə ki, həm maddi və həm də mənəvi nemətləri qəbul etmişdilər, özlərini bu nemətlərə görə Allahın əmini hesab etmişdilər. Bu nemətləri Allah istəyən kimi xərcləmişdilər. Bu dəstə insanlar - o kəslərdir ki, Quran onları şakir adlandırmışdır.