Dövlət Agentliyi səhiyyə xidmətində dəyişikliklər etdi: yeniliklər nədən xəbər verir? VİDEO


Digərləri 05 İyn 2021 16:38:00 186 0

Dövlət Agentliyi səhiyyə xidmətində dəyişikliklər etdi: yeniliklər nədən xəbər verir?  VİDEO

Paytaxtda fəaliyyət göstərən tibb müəssisələri vahid bir mərkədə birləşəcəklər. Artıq bununla bağlı işlər yekunlaşıb. Bu məqsədlə yeni  tibb müəssisəsi mərkəzi yaradılıb.

Son.az xezerxeber-ə istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyə xidmətində bir sıra yeniliklər edib. Belə ki, ölkəmizdə 11 yeni tibb mərkəzi yaradılıb. Bunu jurnalistlərə açıqlamasında Agentliyin Tibbi İddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. 

O bildirib ki, aprelin 1-dən tibb müəssisələrində bir sıra struktur dəyişikləri həyata keçirilir.

Departament rəhbəri bildirib ki, aparılmış struktur dəyişikliyinə əsasən paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. 

Vüqar Qurbanov həmçinin bildirib ki, bundan sonra hər bir mərkəz öz maliyyə və siğorta hesabatlarını icbari siğorta agentliyinə özləri təqdim edəcəklər.