Təsərrüfat subyektinin fəaliyyətinin bərpa ərizəsi necə olmalıdır? VİDEO


Digərləri 05 İyn 2021 16:12:00 149 0

Təsərrüfat subyektinin fəaliyyətinin bərpa ərizəsi necə olmalıdır?  VİDEO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin məlumatlandırılması və vergi orqanları tərəfindən təqdim edilən elektron xidmətlərin təşviqi istiqamətində tədbirləri davam etdirir.

Son.az xəbər verir ki, bu barədə xəzərxəbər-ə qurumdan məlumat verilib.

Məlumata görə, Xidmət "Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin bərpa ərizəsi"nin onlayn tərtib olunması və göndərilməsi qaydası" adlı videotəlimat hazırlayıb. Elektron təlimatda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin bərpa ərizəsinin onlayn tərtib olunması və göndərilməsi prosesi ətraflı izah olunur.