Qəzada ölən nişanlısı ilə gündəmə gəlmişdi, evləndi FOTO


Dünya 05 İyn 2021 15:36:00 170 0

Qəzada ölən nişanlısı ilə gündəmə gəlmişdi, evləndi  FOTO

Təyyarə qəzasında dostları ilə birlikdə həyatını itirən Mina Başaranın keçmiş nişanlısı Murat Gezer 2.5 ildən sonra evlənib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, ötən gün Türkiyənin məşhur kolleksionerləri Hakan-Banu Çarmıklının qızı Nazlı Çarmıklı ilə nikah bağlayıb. Məclis ailənin İstanbuldakı villasında baş tutub.

Qeyd edək ki, 11 mart 2018-ci il tarixində kapitan pilot Beril Gebeş və ikinci pilot Melike Gücün kabinəsində olduğu "Başaran Holdinq"ə məxsus TC-TRB qeydiyyatlı "Bombardier Challenger 604" tipli təyyarə İstanbula gəlmək üçün BƏƏ-dən uçuşa keçib.

İranda baş verən qəzada iş adamı Hüseyin Başaranın qızı Mina Başaran və 7 rəfiqəsi də daxil olmaqla 11 nəfər həyatını itirib.