Azərbaycan "Cənub Qaz Dəhlizi" ilə hidrogen nəql etmək niyyətindədir


Digərləri 05 İyn 2021 15:06:00 149 0

Azərbaycan "Cənub Qaz Dəhlizi" ilə hidrogen nəql etmək niyyətindədir

Azərbaycan "Cənub Qaz Dəhlizi" ilə hidrogen nəql etmək niyyətindədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Soсar Rus" şirkətinin baş direktoru Fərid Cəfərov deyib.

O bildirib ki, karbon emissiyasının azaldılması təkcə neft-qaz sahəsinin deyil, həm də bütün dünya iqtisadiyyatının inkişafının tələbidir:

"SOCAR şirkətlər qrupu bu istiqamətdə bir sıra layihələr yerinə yetirir. İlk növbədə, bu Abşeron yarımadasında hidrogen istehsalıdır. Bu məhsul gələcəkdə Avropadakı istehalkçılar üçün "Cənub Qaz Dəhlizi" vasitəsilə nəql olunacaq. Söhbət 2022-ci ilədək səmt neft qazının yandırılmasının tam sıfırlanması proqramından gedir".

F.Cəfərov bildirib ki, şirkət müxtəlif layihələri nəzərdən keçirir:

"Layihələrdən biri, bilavasitə yataqda səmt neft qazından ammoniumun əldə olunması və bu ammoniumun hidrogen istehsalı üçün xammal qismində Avropaya nəqlidir".