İranda ötən sutkada COVID19dan 161 nəfər ölüb


Dünya 02 İyn 2021 19:18:00 141 0

İranda ötən sutkada COVID19dan 161 nəfər ölüb

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 161 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 80 488 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 11 620 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 935 443 nəfərə çatıb.