"Art Olimpia 2021" sənət yarışmasının qalibləri müəyyən oldu


Digərləri 02 İyn 2021 13:15:00 146 0

"Art Olimpia 2021" sənət yarışmasının qalibləri müəyyən oldu

Azərbaycan Gənclər Ittifaqı və Azərbaycan İncəsənət və Mədəniyyət Birliyinin təşkilatçılığı ilə "Art Olimpia 2021" adlı dördüncü qiyabi sənət yarışması baş tutub. Aprel və may ayı ərzində keçirilən incəsənət yarışmanın cavabları 1 iyun tarixində açıqlandı.

1 iyun Uşaqların Beynəlxaq Müdafiəsi günü münasibətilə bütün uşaqları təşkilatımız adından təbrik edir, xoşbəxt, sevincli, uğurlu həyat yolu arzulayırıq!

Müsabiqə solo və duet, kiçik qrup nominasiyaları üzrə keçirilib. İncəsənət növləri: musiqi (dilli, nəfəs və zərb alətləri), vokal, vizual sənətlər, teatr və bədii qiraət, rəqs. Sənətin bütün sahələri xalq, müasir və klassik (akademik) janrlarda təqdim olunub.

"Karantin şəraitində belə öz tələbələrinə qarşı biganə qalmayan müəllim heyətinə təşəkkür edirik. Bütün bu gənc istedadlar sizlərin əziyyətiniz sayəsində var. Hər kəsə seçdiyi sənət yolunda uğurlar arzulayırıq. Skripka sahəsi üzrə Grand Prix layiq görülmüş 21 saylı Rostrapoviçlər adına musiqi məktəbinin tələbələri Maqsud Cəfərli, Məmmədli Ramizə, Məmmədli Aysu və Qələndərov Kənanı xüsusilə təbrik edir, fəaliyyətləri üzrə uğurlar arzulayıram" - Azərbaycan İncəsənət və Mədəniyyət Birliyinin sədri, yarışın əsas təşkilatçısı - Əziz Əzizov dedi.

Müsabiqənin münsiflər heyəti - Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizov,  SSRİ (1988-ci ildən) və Azərbaycan  ressamlar ittifaqının üzvü  Rəfael Əliyev, AMK tərkibində İncəsənət Gimnaziysının direktoru Aytən Əhmədova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ifaçılıq kafedrasının müdri Səbinə Mehdiyeva və kafedranın münsifləri.

Qaliblərin siyahısı:

https://www.facebook.com/agi.org.az/posts/4111886395597767

Video materiallar: https://www.youtube.com/playlist?list=PLi5Fd-n3_ODar2IYRRxhqNIk9tGE2d26T

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Son.az, Azernews.az