Çox sevinirik ki, erməni terrorçular Azərbaycanda məhkəmə qarşısında cavab verir


Digərləri 02 İyn 2021 13:29:00 141 0

Çox sevinirik ki, erməni terrorçular Azərbaycanda məhkəmə qarşısında cavab verir

Çox sevinirik ki, torpaqlarımız azad olunub, erməni terrorçular Azərbaycanda məhkəmə qarşısında cavab verir. Biz şahid kimi buraya gəlmişik.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Yasamal rayon məhkəməsində Qarabağda azərbaycanlı əsirlərə işgəncə verən erməni terrorçular Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi zamanı zərərçəkmiş kimi tanınan, şəhid atası Xanbala Əsgərov deyib.

X.Əsgərov bildirib ki, Azərbaycan dövləti düşməni məhv etdi və terrorçuların da cavabını verir: "Oğlumun qanı yerdə qalmadı. Cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz torpaqları azad etdi, şəhidlərimizin qanı yerdə qalmadı. Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan kimi terrorçular da öz cəzalarını alacaqlar".

Son.az 


Xəbərə aid video