Bakıda içməli su normalara tam uyğundur Ziyəddin Kazımov


Digərləri 01 İyn 2021 19:54:00 121 0

Bakıda içməli su normalara tam uyğundur  Ziyəddin Kazımov

Bu gün Bakının içməli su ilə təchiz olunması məsələsində heç bir problem yoxdur, içməli su normalara tam uyğundur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Ekspert saatı" verilişində deyib.

O qeyd edib ki, Bakı şəhərinə verilən içməli su istər bakterioloji, istərsə də kimyəvi göstəricilər baxımından norma daxilindədir.

Z.Kazımovun sözlərinə görə, dövlət proqramına uyğun olaraq ölkə ərəzisində su və kanalizasiya sistemlərinin yenidən qurulması prosesi davam etdirilir.