"Samirə "Eurovision"da "Maral" oxumalı idi?"


Şou-biznes 01 İyn 2021 19:36:00 265 0

"Samirə "Eurovision"da "Maral" oxumalı idi?"

Müğənni Samirə Əfəndinin "Eurovision 2021"dəki çıxışını bir çox sənət adamı tənqid edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni Dilarə Kazımova isə həmkarının müdafiəsinə qalxıb. İfaçı "ATV maqazin onlarla"da ilk olaraq Səbinə Babayeva, Nigar Camal və Nadir Qafarzadənin dediklərinə reaksiya verib.

"Hər şey birdən alınmır. Olmur ki, geyimi dəyiş yallı get, sonra təzədən geyin. İnsanlar hər şeyi şişirdirlər. Deyirlər, çimərlik geyimində, bodidə çıxmayın. Nə ilə çıxsın? "Eurovision" səhnəsinə "Maral"la çıxmalıdırlar? Qapalı geyinməlidirlər? "Maral"ı xalq mahnısı kimi tanıyıram. Nadir Qafarzadəni çox sevirəm. Samirə əlindən gələni etdi, yaxşı oxudu. Üstünə niyə düşürlər. Fərqli insanların davasına girişməyi fikirləşmirəm. Samirəyə dəstək oluram, çünki vaxtilə mənə də o dəstək lazım idi".