Şuşada Müdafiə Nazirliyinin təşkilatçılığı ilə ilk kitab təqdimatı keçirilib


Kriminal 01 İyn 2021 15:51:00 85 0

Şuşada Müdafiə Nazirliyinin təşkilatçılığı ilə ilk kitab təqdimatı keçirilib

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə ilk kitab təqdimatı keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, məhşur "Gəncə qapısı" tarixi memarlıq abidəsinin qarşısına toplaşan 44 günlük Vətən müharibəsinin iştirakçıları və ölkəmizin mirvarisi olan gözəl Şuşamızın müdafiəsində bu gün də mərdliklə dayanan Azərbaycan Ordusunun hərbi qulluqçuları əvvəlcə xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyevin, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini hörmət və ehtiramla yad ediblər.

Hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini polkovnik Elşad Əbilov bu gün Şuşada ilk kitab təqdimatı keçirilməsinin heç də təsadüfi olmadığını qeyd edərək bildirib ki, Şuşada tarixən elmə, təhsilə, ədəbiyyat və incəsənətə böyük maraq olub. Vaxtilə burada zəngin muzeylər, kitabxanalar fəaliyyət göstərib. "Məclisi - üns", "Məclisi - fəramuşan" poeziya məclislərində onlarla şairlər formalaşıb, püxtələşib, inkişaf edib. Yurdumuzun bu füsunkar guşəsi Azərbaycanın mədəniyyət xəzinəsinə görkəmli rəssam, şair, alim Mir Möhsün Nəvvab, şairə və rəssam Xurşudbanu Natəvan, ədəbiyyatımızda tarixi dram janrının banisi Əbdürrəhim bəy Haqverdiyev, milli dramaturgiyamızda faciənin əsasını qoyan Nəcəf bəy Vəzirov, ilk ədəbiyyat tarixçisi, maarifçi, Qori və Qazax seminariyalarının müdiri Firudin bəy Köçərli, satirik şeirmizin təməlini qoyanlardan biri Qasım bəy Zakir, Şərqdə ilk operanın banisi, böyük dramaturq, musiqili komediya janrının yaradıcısı, qüdrətli publisist Üzeyir Həcıbəyli, ilk tarixi romanlar müəllifi Yusif Vəzir Çəmənzəminli, Azərbaycan dövlətçiliyinin ilk nəhəng ideoloqlarından biri, yazıçı - publisist, alim, erməni terrorizminə qarşı ilk türk "Difai" milli təşkilatının yaradıcısı Əhməd bəy Ağayev və neçə-neçə böyük sənətkarlar bəxş edib.

Nəzərə çatdırılıb ki, Şuşa və şuşalılar zaman-zaman yadellilərin hücumlarına məruz qalsalar da tarixin sərt sınaqlarından uğurla çıxıb, bu müqəddəs torpağı canları, qanları bahasına mərdliklə qoruyublar. 2020-ci ildə Ermanistanın təxribatlarına cavab olaraq dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında "Dəmir Yumruq" əməliyyatı ilə başladığımız Vətən müharibəsi məhz Şuşanın işğaldan azad edilməsi ilə Zəfərlə başa çatıb.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamlayaraq məlumat verib ki, müəllifi olduğu "Vətən müharibəsi şəhidləri" nəşri yeddi kitabdan ibarət olacaq və bu kitablarda Vətən müharibəsində şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan üç minə yaxın şəhidimizin həyatı, Vətənə sədaqətli xidmətləri və şanlı döyüş yolu barədə ətraflı məlumatlar veriləcək.

Birinci kitab Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluçularla görüşdə çıxış edərkən dediyi bu fikirlərlə başlanır: "Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin. Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı..."

Təqdim olunan 800 səhifəlik ilk kitabda Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinin əbədiyaşar ömürlərinə çıraq tutulur. Bütün cəbhələrdə, eləcə də Şuşa istiqamətində, Şuşa şəhərində son gülləyə, son nəfəsədək vuruşan qəhrəman şəhid döyüşçülərimiz ehtiramla xatırlanır. Nə qədər müstəqil Azərbaycan dövləti var, nə qədər qədirbilən xalqımız var onlar heç vaxt unudulmayacaq, xatirələri əziz tutulacaq, adları əbədiləşdiriləcək, bu kimi nəşrlərdə, ürəklərdə yaşayacaqlar.

Estetik əməliyyat görün məşhuru nə hala saldı like
  • 01 İyn 15:40  
Şou-biznes Estetik əməliyyat görün məşhuru nə hala saldı

Estetik əməliyyatlarla bambaşqa bir hala düşən məşhur türk müğənnisi

arrow Ətraflı
İranda qırıcı təyyarə qəzaya uğrayıb, like
  • 01 İyn 15:34  
Dünya İranda qırıcı təyyarə qəzaya uğrayıb,

Bu gün İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Dezful Hər

arrow Ətraflı
Bakıda daha bir marşrut avtobusu kart sisteminə keçdi like
  • 01 İyn 15:32  
Digərləri Bakıda daha bir marşrut avtobusu kart sisteminə keçdi

Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nag

arrow Ətraflı
Bakıdan Moskvaya və əks istiqamətdə xüsusi reyslərin sayı artırılır like
  • 01 İyn 15:30  
Digərləri Bakıdan Moskvaya və əks istiqamətdə xüsusi reyslərin sayı artırılır

Azərbaycanın Milli aviadaşıyıcısının (AZAL) uçuş cədvəlində Bakıda

arrow Ətraflı
Gürcüstan səhiyyə naziri vaksinasiyadan sonra yoluxdu like
  • 01 İyn 15:28  
Dünya Gürcüstan səhiyyə naziri vaksinasiyadan sonra yoluxdu

Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze peyvənd olunduqdan sonra k

arrow Ətraflı
Məşhur futbolçumuz faciəvi şəkildə həlak oldu like
  • 01 İyn 15:23  
Digərləri Məşhur futbolçumuz faciəvi şəkildə həlak oldu

"Neftçi"nin sabiq futbolçusu Səmədağa Şıxlarov dünyasını də

arrow Ətraflı
Türkiyəyə bu şərtlərlə səyahət etmək olar like
  • 01 İyn 15:22  
Dünya Türkiyəyə bu şərtlərlə səyahət etmək olar

Koronavirusla mübarizə tədbirləri çərçivəsində, 1 iyun tarixindən etib

arrow Ətraflı
Oksana ilk dəfə oğlunun like
  • 01 İyn 15:16  
Şou-biznes Oksana ilk dəfə oğlunun

Rəqqasə Oksana Rəsulovadan xəbər var.

arrow Ətraflı
Bərdədə şəhid ailəsi üçün ev tikilib like
  • 01 İyn 15:12  
Digərləri Bərdədə şəhid ailəsi üçün ev tikilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial tərəfda

arrow Ətraflı
Gürcüstanda koronavirusa yoluxanların sayı 345 mini keçib like
  • 01 İyn 15:10  
Dünya Gürcüstanda koronavirusa yoluxanların sayı 345 mini keçib

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 233 yoluxm

arrow Ətraflı
Muğanbankdan yeni "Uşaq yığım əmanəti" like
  • 01 İyn 15:07  
Digərləri Muğanbankdan yeni "Uşaq yığım əmanəti"

Uşağınızın gələcəyini təmin etmək istəyirsiniz? "Muğanbank"

arrow Ətraflı
Röya oğlu ilə İSTİRAHƏTDƏ like
  • 01 İyn 15:04  
Şou-biznes Röya oğlu ilə İSTİRAHƏTDƏ

Xalq artisti Röya Ayxan oğlu Hüseyn ilə istirahətə yollanıb.

arrow Ətraflı
Bakıda 12 avtomobildən oğurluq edən şəxs tutulub like
  • 01 İyn 14:58  
Digərləri Bakıda 12 avtomobildən oğurluq edən şəxs tutulub

Paytaxtın Nizami rayonunda bir gecədə 12 avtomobilin yan şüşəsini sındı

arrow Ətraflı
Vüsalə Əlizadə: "Canım canına qurban" like
  • 01 İyn 14:52  
Şou-biznes Vüsalə Əlizadə: "Canım canına qurban"

Aparıcı Vüsalə Əlizadə sosial media hesabındakı paylaşımı ilə diqqə

arrow Ətraflı