İranda qırıcı təyyarə qəzaya uğrayıb,


Dünya 01 İyn 2021 15:34:00 181 0

İranda qırıcı təyyarə qəzaya uğrayıb,

Bu gün İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Dezful Hərbi Hava bazasında İran ordusuna məxsus "Northrop F 5" qırıcı təyyarəsi qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində təyyarənin hər iki pilotu ölüb.

Dezful Hərbi Hava bazası İranın çevik reaksiya bazasıdır.

Qeyd edək ki, hələlik hadisə ilə əlaqədar rəsmi açıqlama verilməyib.